Arxiv
3 Avqust 2021, 17:52 | AKTUAL
MOİK təmsilçisi Olimpiya medalı qazandı

Mərkəzi Ordu İdman Klubunun təmsilçisi baş leytenant Rafiq Hüseynov yunan-Roma güləşi üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 77 kq çəki dərəcəsində yarışan idmançımız həlledici döyüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla qarşılaşıb.

 

Əzmkarlıq nümayiş etdirərək rəqibinə 4:1 hesabı ilə qalib gələn R.Hüseynov olimpiadada mükafatçılar sırasında yer alıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv