Modern.az

Türkiyədə 8 yanğın ocağı qalıb

Türkiyədə 8 yanğın ocağı qalıb

3 Avqust 2021, 19:36

Türkiyədə tüğyan edən 154 meşə yanğınından 146-nın qarşısı alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Meşə Təsərrüfatı Baş İdarəsi bildirib.

Qeyd olunur ki, hazırda 3 vilayət ərazisində 8 yanğınla mübarizə davam etdirilir. Yanğınlar Antalya, İsparta və Muğla vilayətlərindədir.

Yanğınlarla mübarizəyə 16 təyyarə, 9 PUA, 45 helikopter və 5 200-ə yaxın yanğınsöndürən cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir