Modern.az

Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR

Azərbaycanda sutkalıq yoluxma minə YAXINLAŞIR

3 Avqust 2021, 20:19

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 931 yeni yoluxma faktı qeydə alınıb, 225 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 345882 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 333492 nəfər müalicə olunaraq sağalıb, 5034 nəfər vəfat edib, aktiv xəstə sayı 7356 nəfərdir.

 

Ölkədə son sutka ərzində 10257, hazırkı dövrədək isə 4060235 test aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu