Arxiv
3 Avqust 2021, 21:01 | AKTUAL
Ən populyar smartfon istehsalçıları məlum oldu

2021-ci ilin ikinci rübündə Avropa ölkələrində ən populyar smartfonların adları açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Avropaya smartfon tədarükünün həcminə görə Çinin "Xiaomi" şirkəti lider olub. Hesabat dövründə regionda 12 milyondan çox smartfon tədarük etməklə ümumi bazar payının 25 faizini əhatə edib.

 

"Samsung" 24 faiz bazar payı ilə liderliiyi əldən verib. Şirkət bu ilin ikinci rübündə Avropaya 11 milyondan çox smartfon tədarük edib.

 

Üçüncü yerdə 9 milyon smartfon və 19,2 faiz bazar payı ilə "Apple" qərarlaşıb.

 

Qeyd olunub ki, "Xiaomi" smartfonlarına ən böyük tələbat Rusiya, Ukrayna, İspaniya və İtaliyada qeydə alınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv