Modern.az

Türkiyədə iki min illik məzar tapıldı

Türkiyədə iki min illik məzar tapıldı

4 Avqust 2021, 08:06

Türkiyənin Kəmər bölgəsindəki Parion antik liman şəhərinin qalıqları arasında qədim məzar daşı aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məzar daşının azı 1900 il öncəyə aid olduğu bildirilir.

 

Eni və uzunluğu 1 metr olan daş arxeoloqlar tərəfindən dəyərli tapıntı kimi qiymətləndirilib.  

 

Məzar daşının üzərində ön planda qadın və kişi fiqurları, arxa fonda isə qullıqçular, masa təsvir olunub.

 

Daşın üzərində yazılar da həkk edilib.

 

Tapıntının əhatəsində daha 10 qəbir aşkarlanıb.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir