Modern.az

Vətən müharibəsi qazilərinə medallar verildi - FOTO

Vətən müharibəsi qazilərinə medallar verildi - FOTO

Aktual

4 Avqust 2021, 09:00

Naxçıvan şəhərində Vətən müharibəsi zamanı Azərbaycan Respublikası ərazilərinin azad edilməsi uğrunda şücaət göstərən hərbçilərə medal və vəsiqələr təqdim olunub.

 

Modern.az-ın məlumatına görə, bu münasibətlə təşkil olunan tədbirdə bildirilib ki, Vətən müharibəsində Naxçıvan şəhərinin qəhrəman övladları da rəşadət göstərib, 15 zabit və əsgərimiz tarixə öz adlarını yazdırıblar. Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsi daim əziz tutulur, vətən uğrunda sağlamlığını itirən hərbi qulluqçularımıza daim diqqət və qayğı göstərilir.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə, göstərdikləri igidlik və mərdliyə görə qazilərdən çavuş Xəyal Səfərov “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, əsgər Nurəddin Nəbiyev, Mirismayıl Süleymanov və Əyyub Sadıxov isə “Şücaətə görə” medalı ilə təltif ediliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir