Modern.az

İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir

İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir

4 Avqust 2021, 09:35

4 avqust müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, imtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir