Modern.az

Koronavirus heyvanlar arasında geniş yayılıb  

Koronavirus heyvanlar arasında geniş yayılıb  

4 Avqust 2021, 09:58

Koronavirus infeksiyası heyvanlar arasında geniş yayılıb.

 

Modern.az xəbər verir ki, bu barədə E-Təbib-dən “İnsanın COVID-19 virusuna heyvandan yoluxması mümkündürmü” sualına cavab olaraq bildirilib.

 

Qeyd olunub ki, insanların bu viruslara heyvandan yoluxduqdan sonra digər insanları yoluxdurması nadir hallarda baş verir:

 

“Məsələn, insanların sivetlərdən SARS-KoV və birhürgüclü dəvələrdən Yaxın Şərq Tənəffüs Sindromuna (MERS) yoluxma faktı müəyyən olunub. Heyvanlar arasında COVID-19 virusunun potensial mənbəyinin olması hələ müəyyən edilməyib. Fərdi qorunma tədbirləri kimi heyvanların satıldığı bazara gedərkən heyvanlarla birbaşa təmasdan çəkinmək, həmçinin onların toxunduğu səthlərə əl vurmamaq lazımdır”.

 

Rəsmi məlumatda həmçinin, qida məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı qaydalara ciddi riayət etmək lazım olduğu bildirilib:

 

“Çiy ət, süd və heyvanın orqanlarından istifadə edərkən termik emal edilməmiş digər məhsulların çirklənməməsi üçün ehtiyatlı olmaq, həmçinin, çiy və ya yarım çiy heyvan mənşəli məhsulların istifadə edilməsindən çəkinmək lazımdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir