Modern.az

Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşdi

Azərbaycan güləşçisinin ilk rəqibi dəqiqləşdi

Aktual

4 Avqust 2021, 10:10

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının daha bir güləşçisinin ilk rəqibi müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, sərbəst güləşdə qüvvəsini sınayan Turan Bayramov yarışa 1/8 finaldan başlayacaq.

 

74 kq çəki dərəcəsində mübarizə aparacaq təmsilçimiz Ukrayna güləşçisi Vasil Mixaylovla qarşılaşacaq. Görüş avqustun 5-də keçiriləcək.

 

Qeyd edək ki, sərbəst güləşçilərin yarışları Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi