Modern.az

Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı

Aqrar universiteti magistratura səviyyəsi üzrə qəbul planı açıqlandı

Aktual

4 Avqust 2021, 11:15

2021/2022-ci tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) magistr səviyyəsinə Azərbaycan və rus bölmələri üzrə qəbul aparılıb.

 

Modern.az xəbər verir ki, universitetin magistratura səviyyəsinə qəbul 28 ixtisas olmaqla 77 ixtisaslaşmanı əhatə edib. Təsdiq olunmuş qəbul planında bu pillədə təhsil almaq üçün 330 yer nəzərdə tutulub. 

 

Magistratura səviyyəsinə keçirilən qəbul imtahanın nəticələrinə əsasən 311 tələbə dövlət sifarişli və ödənişli əsaslarla ADAU-ya qəbul olunub. 

 

Qəbul olunanların sayına əsasən qəbul planı 94,2 % dolub. 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı