Modern.az

Deputat: “Eldəniz Səlimovla danışmamışam”

Deputat: “Eldəniz Səlimovla danışmamışam”

Parlament

4 Avqust 2021, 11:50

“Həbs olunduqdan sonra Eldəniz Səlimovla danışmaq imkanım olmayıb”.

  

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, parlamentdə E.Səlimovla yaxınlığı ilə diqqət çəkən Azər Badamov deyib. 

 

O, ötən gün saxlanılaraq istintaqa cəlb olunan həmkarı barədə məlumatlı olmadığını, onunla son günlər əlaqə saxlamadığını vurğulayıb.

 

Qeyd edək ki, ötən gün polisi döyməkdə ittiham olunan Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib. Elə həmin gün, E.Səlimov törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və Binəqədi rayon Məhkəməsinə gətirilərək hakim qarşısına çıxarılıb.

 

Məhkəmənin qərarına əsasən, onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir