Modern.az

Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR

Goranboyda yeni yaşayış binası tikilir - FOTOLAR

4 Avqust 2021, 11:32

Goranboy rayonunda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülüb yerlərində Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların tikintisi aparılması üçün layihə smeta sənədlərinin hazırlanması işləri aparılır.

 

Mövcud binaların qəzalı vəziyyətdə olamsını nəzərə alaraq Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev yeni tikiləcək binalarla bağlı sakinlərlə görüşüb. Sökülən binalarda kommunal xidmətlərin, işıq, qaz və suyun dayandırılması, sakinlərin köçürülməsi və kirayə pullarının ödənilməsi ilə bağlı müvafiq işlər görüllməsi istiqamətində aidiyəti üzrə tapşırıqlar verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır