Modern.az

FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA

FHN-dən Lənkərandakı yanğınla bağlı AÇIQLAMA

4 Avqust 2021, 12:02

Lənkəranda mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında baş verən yanğın məhdudlaşdırılıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə baş verən yanğın bu gün məhdudlaşdırılb.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI