Arxiv
4 Avqust 2021, 12:20 | AKTUAL
Qaxda 21 yaşlı gənci ilan sancıb

Qaxda 21 yaşlı gənci ilan sancıb.

 

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Almalı kənd sakini, 21 yaşlı Ziyal Elbrus oğlu Əliyev ilan sancması xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Z.Əliyevi səhər saatlarında təsərrufatda ot biçən zaman ilan sancdığı məlum olub.

 

Z. Əliyevin müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, ona lazimi tibbi yardım göstərilib.

 

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv