Arxiv
4 Avqust 2021, 13:18 | HADİSƏ
Saatlıda maşından 22 minlik oğurluq edildi  

Saatlıda avtomobildən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-nə keçən gecə şəhər ərazisində “QAZ-29” markalı bir avtomobildən 21330 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

 

Keçirilən əməliyyatla şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyev saxlanılıb.

 

   
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv