Modern.az

Diasporumuzun artan nüfuzu: Dünya erməniliyi gücsüzlüyünü etiraf edir – TƏHLİL

Diasporumuzun artan nüfuzu: Dünya erməniliyi gücsüzlüyünü etiraf edir – TƏHLİL

5 Avqust 2021, 13:30

Azərbaycanın Qarabağ zəfəri Ermənistan hakimiyyəti ilə diaspor arasındakı uçurumu daha da dərinləşdirib. Dərin məyusluq və gücsüzlük yaşayan diaspor baş nazir Nikol Paşinyanı və ölkənin siyasi rəhbərliyin təqsirli bilir.

 

Özlərini məğlub xalqın nümayəndələri hesab edən diaspor üzvləri eyni zamanda Azərbaycan diasporunun artan gücünü, qələbənin onlara verdiyi mənəvi-psixoloji rahatlığı, tarixi qələbə ilə qürur duymalarını həzm edə bilmirlər.

 

Modern.az xatırladır ki, gücsüzlüyünü, zəifliyini və son 30 ildə Ermənstan hakimiyyəti tərəfindən vətənpərvərlik şüarları altında onlardan şəxsi ehtiyacları üçün yüzmilyonlarla dollar pul qopardıldığını anlayan erməni diasporunun içində Yerevan rəsmilərinə qarşı böyük aqressiya formalaşıb.

 

Təsadüfi deyil ki, 2020-ci il noyabrın 25-də erməni diasporunun bir çox strukturları – Daşnaksütyun partiyasının ABŞ, Suriya, Livan və Qərbi Avropadakı nümyəndəlikləri Paşinyanın istefa verməsini tələb etmişdi.

 

Xüsusən, Rusiyadakı erməni icması Paşinyana qarşı sərt çıxışlar edirdi. Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Nikol Paşinyanı istefa verməyə səsləyirdi.

 

Qərb erməniləri isə istər infrastuktur obyektlərinin tikintisi üçün ianə toplanması zamanı yol verilən korrupsiya hallarına görə, istər Yerevan hakimiyyətinin sui-istifadə hallarına görə, istərsə də Ermənistanın Diasporla İş üzrə Baş Müvəkkili Zare Sinanyanın icmalarla doğru əlaqə qurmadığını əsas problem olaraq görür.

 

Məhz diaspor siyasətindəki bu silsilə uğursuzluqlar Nikol Paşinyanı əsaslı islahatlara vadar etdi. Diasporla İş üzrə Baş Müvəkkil Aparatının rəhbəri Sara Ancarqolyan iyulun 30-da baş nazirin göstərişi ilə vəzifəsindən azad olundu. Ancarqulyan Böyük Britaniyada doğulub, ABŞ-da yaşayan Ancarqolyan Kaliforniyanın Berkli Universitetində hüquq təhsili alıb, Los-Anceles şəhər prokurorunun müavini çalışıb. O 2012-ci ildə Ermənistana köçüb və ictimai fəaliyyətlə məşğul olub.

Sonuncu istefa hadisəsi Nikol Paşinyan hökuməti ilə diaspor arasında dərinləşən fikir ayrılığının əlaməti sayılır. Hazırda diaspor kommisarı səlahiyyətlərini icra edən və uzun illər ABŞ-da yaşamış Zare Sinanyanın da istefaya göndərilməsi gündəmə gəlib.

 

“Biz ermənilər hesdab edirik ki, Qərb yalnız Ermənistana yardım barədə düşünür. Nə vaxtsa Antantanın yardımına ümidli idik, əvəzində sıfır yarsım aldıq. Bu gün də Qərbə ümid olduq. Bu bizə yardım etdi?”-deyə Rusiyada yaşayan politoloq Karen Avdalyan bildirir. O, erməni diasporunun Ermənistana inamını itirdiyini əlavə edib.

 

Digər diaspor üzvü, Rusiya erməniləri arasında nüfuza malik politoloq Qraç Karapetyan isə Ermənistanın 30 illik qələbə eyforiyasına görə cəzalandırıldığını düşünür.

“Biz həmişə çığırırdıq ki, ən böyük nailiyyətimiz güclü ordu yaratmağımızdır. Və əgər sabah müharibə başlasa, toparlanaraq yenidən qələbəyə addımlayacayıq. Həddən artıq özünəinam bizə qarşı çox pis rol oynadı. Artıq Ermənistana qayıtmaq barədə düşünən diaspor üzvləri addımlarından imtina ediblər. Düşünürəm ki, baş verənlər Tanrının erməni xalqına günahlarına görə göndərdiyi cəzadır”-deyə politoloq fikrini tamalayıb.

 

Qocalan, deqradasiyaya uğrayan və tədricən öz identifikasiyasını itirən erməni diasporu fonunda son illər tam şəkildə formalaşmağa davam edən, gənc və dinamik inkişaf edən Azərbaycan diasporu səfərli şəkildə fərqlənir. Bu gün Azərbaycan diasporu Amerika, Asiya və Avropa kontinentlərində gücü artıaraq erməni diasporunun ənənəvi təsir dairəsini daraldır. Bu tendensiya isə dünya erməniliyi ilə yanaşı, Ermənistanın xarici havadarlarını da narahat edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər