Modern.az

İrandakı səfirimiz geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 

İrandakı səfirimiz geri çağırıldı - Prezidentdən yeni TƏYİNAT 

7 Avqust 2021, 13:44

Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Bundan əlavə, Ə.Əlizadə Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır