Arxiv
7 Avqust 2021, 19:26 | MƏDƏNİYYƏT
“Ailəli olan nazir mənə evlilik təklifi edib” - Xalq artistindən etiraf - VİDEO

"Nazirlərdən biri mənimlə evlənmək istəyirdi, razılaşmadım, çünki ailəli idi".

 

Modern.az xəbər verir ki, bu sözləri Xalq artisti, xanəndə Könül Xasıyeva "Onun sirri" verilişində deyib. Xalq artisti olanları bu cür xatırladıb:

 

"Bu təxminən 15-20 il bundan əvvəl olmuşdu. Məmurlarımızdan biri mənimlə ailə qurmaq istədi. Yəni, təməlli ailəsi, övladı olmasını istəyirdi. Sözsüz ki, razılaşmadım. Heç yaxına da buraxmadım. Çünki, evli idi, arvadı, övladları var idi. Qərarıma peşman olmadım. Bəlkə, çox yaxşı həyatım olardı. Amma mən onun övladlarının ahını almaq istəmədim. Bəlkə də bir ailənin dağılmasının qarşısını aldım. Hazırda o insan vəzifədə deyil, amma ailəsi, övladları var. Buna görə də ad çəkmək düzgün olmaz. Mən qərarımı desəm də, o, bir-neçə dəfə sürücüsünü göndərir, zəng edirdi. Bir dəfə evimin yanında avtomobil dayandı. Açdım qapını, dedi ki, “Məni filankəs göndərib”. Dedim bir dəqiqə gözlə. Getdim həyətin küncündəki süpürgəni gətirdim, dedim, "Bunu sənin başında sındıraram. Səni parçalamamış, çıx get”.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv