Arxiv
8 Avqust 2021, 19:10 | İQTİSADİYYAT
10 ildə Naxçıvanda 33 mindən çox iş yeri açılıb

2011-ci ildən 1 iyul 2021-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında 33 min 364 yeni iş yeri açılıb.

 

Modern.az xəbər verir ki, açılmış iş yerlərinin 85,4 faizini daimi iş yerləri təşkil edib. Bu dövrdə ümumi açılmış iş yerlərinin 47,2 faizi Naxçıvan şəhərinin, 15 faizi Şərur, 11,2 faizi Babək, 7,1 faizi Ordubad, 9 faizi Culfa, 3,9 faizi Kəngərli, 4,3 faizi Şahbuz, 2,3 faizi Sədərək rayonlarının payına düşüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv