Modern.az

Əmlak bazarında canlanma: Qiymətlər bahalaşdı  

Əmlak bazarında canlanma: Qiymətlər bahalaşdı  

9 Avqust 2021, 15:23

COVID-19 pandemiyası hələ də dünyanın əsas problemi olaraq qalır. Buna baxmayaraq, ötən illə müqayisədə yoluxma hallarının nisbətən azalması və vaksinasiya prosesinin sürətlə getməsi iqtisadi sahəyə canlılıq gətirib.

 

Hazırda digər sahələrlə yanaşı daşınmaz əmlak bazarında da aktivlik müşahidə edilir.

 

Maraqlıdır, iqtisadiyyatın bərpasının sürətlənməsi fonunda daşınmaz əmlak bazarında vəziyyət necədir? Qiymətlər əvvəlki illərdən fərqlidirmi?

 

Ay ərzində qiymətlərdə artım müşahidə olunur...

 

 

Daşınmaz əmlak məsələləri üzrə ekspert, “MBA Group” şirkətinin rəhbəri Nüsrət İbrahimov Modern.az-a daşınmaz əmlak bazarındakı son durumdan danışıb. Onun sözlərinə görə, bazarda cüzi qiymət artımı qeydə alınıb:

 

“Ay ərzində əmlak bazarında ümumi 1%-ə yaxın, ötən illə müqayisədə isə 8,97 və ya 9% artım var. Belə ki, təkrar mənzil bazarında ay ərzində 0,6%, ötən illə müqayisədə 2%-ə yaxın artım müşahidə edilir. İlkin mənzil bazarında son bir ayda 0,65%, ötən illə müqayisədə isə 5,1% artım olub. Fərdi yaşayış və bağ evlərində ay ərzində 7,3% , ötən illə müqayisədə isə 10,43% yüksəlmə müşahidə olunub. Kommersiya obyektləri bazarında ay ərzində 2,43%, ötən illə müqayisədə 10,93% artım var”.

 

 

Bağ evlərinin kirayəsində heç bir dəyişiklik yoxdur...

 

Bundan əlavə, ekspert vurğulayıb ki, torpaq bazarında əksinə azalma qeyd olunub. Belə ki, son bir ay ərzində 5,98% , ötən illə müqayisədə isə 8,09% azalma baş verib. Bağ evlərinin kirayəsində ay ərzində dəyişiklik yoxdur, amma ötən illə müqayisədə 9,56% azalma var. Obyektlərin icarəsi bazarında da ay ərzində 0,7%, ötən illə müqayisədə isə 3,23% artım var”.

 

Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir