Modern.az

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi HAZIRDIR

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi HAZIRDIR

9 Avqust 2021, 15:42

“Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.

 

Bu barədə Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.

 

O parlamentin qarşıdan gələn payız sessiyasında qanun layihəsinin komitə iclasları və hazır olduqda plenar iclas səviyyəsində müzakirə ediləcəyini söyləyib.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə saytımıza bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi artıq hazırdır. Həmin qanun hüquqi ekspertiza üçün aidiyyatı qurumlara təhvil verilib.

 

Beləliklə, qida təhlükəsizliyi haqqında beynəlxalq təcrübəyə əsaslanan müddəaları özündə əhatə edən yeni qanun layihəsi hüquqi ekspertizadan keçdikdən sonra Milli Məclisin Aqrar siyasət komitəsinə təqdim ediləcək. Komitədə müzakirə, düzəliş və əlavələr yekunlaşdıqdan sonra sözügedən qanun layihəsi payız sessiyasının gündəliyinə daxil edilə bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir