Modern.az

Məsciddə 17 oğru yaxalanıb

Məsciddə 17 oğru yaxalanıb

12 Fevral 2010, 16:37

Türkiyənin Konya vilayətindəki tarixi məscid və dini qurumlarda son zamanlarda baş verən oğruluq hadisələri vilayət polisini hərəkətə gətirib və maraqlı fakt nəticəsində iki cinayətkar qruplaşma yaxalanıb. Türk mediasına istinadən Modern.az xəbər verir ki, ötən qısa müddət ərzində şəhərin əsas tarixi camilərindən xeyli sayda dəyərli əşyalar, xalılar və xeyriyyə qutularından pul oğurlanmağa başlayıb.

 

Bu istiqamətdə Konya Polis İdarəsində yaradılan xüsusi qrup cinayəti araşdırmağa başlayıb. Nəhayət, məscidlərdən birinə oğru girməsi barədə məlumat alan operativ qrup əməliyyat keçirib. Əməliyyat zamanı məsciddə bir-biriləri ilə mübahisə edən iki dəstə adam yaxalanıb. Dindirilmə zamanı məlum olub ki, bir-birindən xəbərsiz oğruluğa gələn bu iki şəbəkə orada qarşılaşınca “biz daha əvvəl gəldik” məsələsi üzündən qarşıdurmaya girib.

 

Dindirilmə zamanı günahını etiraf edən 17 oğrunun daha əvvəllər də evlərdən, iş yerlərindən, dini qurumlardan və məscidlərdən oğruluq etdiyi aşkar olunub. Ümumilikdə 24 ayrı cinayətdə ittiham olunan şəbəkə üzvlərinin bir-biriləri ilə həbsxanalarda tanış olduqları öyrənilib. Onlar ifadələri alındıqdan sonra prokurorluğa göndəriliblər. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir