Modern.az

Azərbaycan və İsrail diasporları arasında müzakirələr aparıldı

Azərbaycan və İsrail diasporları arasında müzakirələr aparıldı

Diaspor

10 Avqust 2021, 20:06

 

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Lev Spivakın rəhbərlik etdiyi yəhudi əsilli jurnalistlərdən ibarət nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə qurumun rəhbəri Fuad Muradov bildirib ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonra Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib.

 

Azərbaycanla İsrail arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğu, yəhudi əsilli Azərbaycan vətəndaşlarının həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şücaət və qəhrəmanlıq göstərdiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb. Komitə sədri vurğulayıb ki, tarixi Zəfərdən sonra xaricdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən insanların işğaldan azad edilmiş torpaqlarımıza təşkil olunan səfərləri Azərbaycanın haqq səsinin, həmçinin ermənilərin törətdikləri vandalizm aktlarının miqyasının dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir.

 

Görüşdə Ermənistanın işğalçılıq siyasəti ilə kifayətlənmədiyi, torpaqlarımızda ekoloji terror törətdiyi qonaqların diqqətinə çatdırılıb, xarici media nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara səfərlərinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

 

Qonaqlar Dövlət Komitəsinin sədrinə təşəkkür edərək Azərbaycanda olduqları üçün məmnunluq hissi keçirdiklərini, gələcəkdə də komitə ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildiriblər.

 

Sonra Azərbaycan və İsrail diasporunun fəaliyyəti, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

 

Sonda qonaqlara sertifikat və hədiyyələr təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır