Modern.az

Dövlət büdcəsinin qeyri-neft gəlirləri artıb

Dövlət büdcəsinin qeyri-neft gəlirləri artıb

İqtisadiyyat

11 Avqust 2021, 18:32

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 650,2 milyon manat artaraq 5 milyard 891,6 milyon manat icra edilib.

 

Modern.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, qeyri-neft gəlirləri proqnoza nisbətən 11,8 faiz və ya 619,6 milyon manat çox icra edilib ki, bu da illik proqnozun 50,6 faizini təşkil edir. Cari ilin yanvar-iyun aylarında qeyri-neft gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar ayında az, digər aylarda çox icra edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır