Modern.az

Sabir Rüstəmxanlı azərbaycanlı alimin məsələsini Əli Laricaniyə çatdırıb

Sabir Rüstəmxanlı azərbaycanlı alimin məsələsini Əli Laricaniyə çatdırıb

12 Fevral 2010, 17:39

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı hazırda İranda həbsdə saxlanılan azərbaycanlı alim Rəşid Əliyevin məsələsini İİR Ali Məclisinin sədri Əli Laricaninin diqqətiuə çatdırdığını bildirib.

Modern.az xəbər verir ki, S.Rüstəmxanlının sözlərinə görə, o, bu yaxınlarda Uqandada keçirilən İslam Konfransı Təşkilatı Parlament İttifaqının VI sessiyasında iştirask edərkən Əli Laricani ilə görüşüb.  “Mən ona Rəşid Əliyevin həbsinin Azərbaycanda narahatlıqla qarşılandığını çatdırdım”-deyə S.Rüstəmxanlı bildirib. İran Ali Məclisinin sədri isə məsələ barədə məlumatsız olduğunu deyərək ölkəsinə qayıdandan R.Əliyevin problemini araşdıracağına söz verib. Bir ildən artıqdır ki, İranda həbsdə saxlanılan azərbaycanlı fizik-alim Rəşid Əliyev bu ölkənin xüsusi xidmət orqanları tərəfindən casusluqda ittiham edilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir