Modern.az

6 ayın sosial müdafiə xərcləri açıqlandı

6 ayın sosial müdafiə xərcləri açıqlandı

12 Avqust 2021, 19:41

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz və ya 16 milyon manat azalaraq 1 milyard 664,5 milyon manat icra edilib.

 

Modern.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, sosial müdafiə və sosial təminat xərcləri 1 milyard 716,1 milyon manat proqnoza qarşı 97 faiz və ya 51,6 milyon manat çox icra edilərək illik proqnozun 45,1 faizini təşkil edib.

 

Cari ilin yanvar-iyun aylarında sosial müdafiə və sosial təminat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart və aprel ayında çox, yanvar, may və iyun aylarında az icra edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub