Modern.az

Kanadada Azərbaycan bayrağı qaldırılıb

Kanadada Azərbaycan bayrağı qaldırılıb

12 Fevral 2010, 17:44

Kanadanın Vankuver şəhərində keçirilən Qış Olimpiya Oyunlarının olimpiya kəndində Azərbaycan bayrağının qaldırılma mərasimi keçirilib. Bu haqda Qol.Az-a hazırda Vankuverdə olan Milli Olimpiya Komitəsinin üzvü, “Neftçi” futbol klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, mərasimdə Azərbaycan nümayəndə heyəti, o cümlədən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un departametn rəhbəri Camaləddin Rəhmanov və Kanadada yaşayan həmyerlilərmiz iştirak edib. Onlar tədbirə üçrəngli bayraqlarımızla qatılıblar.
Əvvəlcə 2010-cu il Qış Olimpiya Oyunlarının təşkilat komitəsi tərəfindən ölkəmizin şef de-missionu Könül Nurullayevaya hədiyyələr təqdim olunub. Sonra olimpiya kəndində bayrağımız qaldırılıb.
Olimpiadada ölkəmizi təmsil edəcək idmançılar Sedrik Nots və Qaya Bassani Antivari də artıq Vankuverdədirlər.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir