Modern.az

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak etmişəm”

Azər Badamov haqqında yayılan xəbəri təkzib etdi: “Mən səsvermədə iştirak etmişəm”

Parlament

13 Avqust 2021, 22:11

Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən deputat Eldəniz Səlimovla bağlı məsələdə onunla yanaşı əyləşən həmkarı Azər Badamov da səs verib.

E.Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs vermiş 98 nəfər arasında Azər Badamovun olmadığı barədə Modern.az-da dərc edilən xəbərə qusarlı deputat sərt reaksiya verib.

Modern.az-a telefon açan 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov bildirib ki, onun səsvermədə iştirak etmədiyi barədə informasiya həqiqəti əks etdirmir.

A.Badamov deyib ki, həmin məsələnin səsverməsində toxunulmazlıq hüququnun ləğvinə səs vermiş 98 deputatdan biri də odur.

“Mən səsvermədə iştirak etmişəm”,-deyə Azər Badamov bildirib.


Xatırladaq ki, Milli Məclisin 98 üzvü E.Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs vermiş, 1 nəfər bitərəf qalmış, 1 nəfər isə səs verməmişdi.

İyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.


Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.


Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü