Modern.az

Əfqanıstanın Bakıdakı səfiri jurnalist İŞLƏYİB

Əfqanıstanın Bakıdakı səfiri jurnalist İŞLƏYİB

Dünya

17 Avqust 2021, 10:11

Bütün dünyanın diqqəti Əfqanıstana yönəlib. Taliban hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra ölkədə vəziyyətin hansı istiqamətə dəyişəcəyi, daxili və xarici siyasətin necə qurulacağı diqqətlə izlənilir.

Əfqanıstanın xarici ölkələrdəki səfirlikləri də çıxılmaz vəziyyətdə qalıblar.

Qeyd edək ki, Əfqanıstan İslam Respublikasının Azərbaycanda da diplomatik korpusu fəaliyyət göstərir.

Modern.az-ın məlumatına görə, Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun 2020-ci ilin noyabrında ölkəmizə təyinat alıb.

O, Azərbaycana Vətən müharibəsi başa çatandan 3 gün sonra – 2021-ci il noyabrın 13-də gəlib.

Siyasət üzrə fəlsəfə doktoru olan Amanullah Ceyhun 1989-cu ildə Peşavar (Pakistan) Elm və Texnologiya Universitetindən məzun olub.
1988-1989-da Əfqanıstan Mədəniyyət Nazirliyində İctimaiyyətlə Əlaqələr şöbəsinin  məsul əməkdaşı olub.

1987-1988-ci illərdə Boston Universitetinin (ABŞ) nəzdində fəaliyyət göstərən “Əfqan Media Resurs Mərkəzində” jurnalist işləyib.

1991-ci ildə Nebraska (ABŞ) Kearney Universitetində magistr dərəcəsi alıb.

1993-cü ildə Əfqanıstan Xarici İşlər Nazirliyində işə qəbul olunub. Sonralar müxtəlif vəzifələrdə çalışıb.
2009-cu ildə Malayziya Beynəlxalq İslam Universitetini bitirib.

2007-2011-də Əfqanıstanın Avstraliyada, 2012-2017-də Türkiydəki səfiri işləyib.

Ailəlidir, dörd övladı var. Özbək, fars, ingilis, türk, ərəb dillərini bilir.


A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi