Modern.az

Fatma Yıldırım: "Azərbaycanın mövqeyi qətiyyətli və dəyişməzdir"

Fatma Yıldırım:

Parlament

17 Avqust 2021, 13:25

"Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində yeni şəraitdə Azərbaycanın hədəfləri, regiondaki vəziyyət ilə əlaqədar əhəmiyyətli məqamlara toxundu, dəqiq ismarıclar verdi. Dövlət başçısı Azərbaycanın öz milli maraqlarının və ərazi bütövlüyünün qorunmasında prinsipial mövqedə olduğunu birmənalı şəkildə ifadə etdi. Bir daha şahidi olduq ki, ölkəmizin mövqeyi qətiyyətli və dəyişməzdir".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müsahibə zamanı səsləndirdiyi fikirlər, eyni zamanda, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ermənilərin qara piar kampaniyasının fiaskoya uğradılması baxımından vacibdir:

 

"Dövlət başçısı sülh müqaviləsinin imzalanması, regionda kommunikasiya xətlərinin bərpa olunması və əməkdaşlığın təmini ilə əlaqədar Azərbaycan dövlətinin strateji baxışlarını bir daha ortaya qoydu. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılması tərəfdarıdır. Xüsusilə də, Zəngəzur dəhlizinin yaradılması məsələsi olduqca aktual və vacib məsələdir. Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan isə konkret mövqe ortaya qoymalıdır. Yəni ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır".

 

"Ən əsası, Ermənistan üçtərəfli Bəyanatın tələblərini tam yerinə yetirməlidir. Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, “əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir", - deyə F.Yıldırım əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır