Modern.az

Sabiq nazir müavininə hökm oxundu - 8 il

Sabiq nazir müavininə hökm oxundu - 8 il

17 Avqust 2021, 15:21

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Modern.az 
xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib.


R. Bayramov son sözündə heç bir maddə ilə özünü təqsirli bilmədiyini, heç kəsdən rüşvət almadığını deyib.


Prosesdə hökm oxunub. Hökmə əsasən, R. Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Hökmdə həmçinin qeyd edilib ki, R. Bayramovun istintaq dövründə üzərinə həbs qoyulan əmlakları dövlət hesabına müsadirə edilib. Özünün və yoldaşının "KapitalBank"da olan bank hesabının üzərinə qoyulan həbs isə götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir