Modern.az

Qış Olimpiya Oyunları faciə ilə başladı

Qış Olimpiya Oyunları faciə ilə başladı

Təhsil

13 Fevral 2010, 12:23

Vankuverdə qış Olimpiya oyunlarının startı verilib. Modern.az xəbər verir ki, olimpiya marafonu faciə ilə başlayıb. 21 yaşlı Gürcüstan xizəksürəni Nodar Kumaritaşvili məşq zamanı xizək yolundan çıxaraq dirəyə dəyib. İdmançı xəstəxanaya catdırılmazdan əvvəl aldığı zədələrdən keçinib.
Hadisə yerində idmançının ürək nahiyyəsində massaj aparılb, daha sonra isə helikopterlə xəstəxanaya çatdırılıb.  Gürcüstan olimpiya komandasının olimpiya yarışlarından imtina edə biləcəyinə dair məlumatlar yayılıb. Lakin komandanın rəhbərilyi  baş vermiş facıəyə baxmayaraq  yarışlarda iştiraklarını davam etdirəcəklərini bildirb.   
“Röyters”in məlumatına görə,  gürcü idmançıları faciədən bərk sarsılıblar.  Faciənin baş verdiyi Vistler xizək yolu bu tipli qurğuların ən mürəkkəblərindən biridir. Kumaritaşvili 16-cı döngədə yoldan çıxıb, yolun bu hissəsinə çatanda onun sürti saatda 145 km-ə yaxın olub.

 

Bu birinci dəfə deyil ki, Vistlerdə idmançılar yoldan çıxır. Amma indiyə qədər baş verənlər xüsusi ağır nəticəyə gətirməyib.

 

 

Beyənlxalq Olimpiya Komitəsinin rəhbəri Jak Roqqe bəyan edib ki, Kumaritaşvilinin faciəvi ölümü Olimpiya oyunlarına kölkə salıb

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir