Arxiv
18 Avqust 2021, 15:45 | DİASPOR
100-dən artıq diaspor nümayəndəsi Cıdır düzündə - FOTOLAR

Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrup Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ötən gün Şuşanı ziyarət edib.

 

Modern.az xəbər verir ki, bu dəfə 20-dən çox ölkədən 100-dən artıq diaspor nümayəndəsi səfərdə iştirak edib.

 

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində soydaşlarımız Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı yeri, qalanın Gəncə qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, Mehmandarovların evini, Xurşidbanu Natəvanın evini, Cıdır düzünü və digər tarixi əhəmiyyətli yerləri ziyarət ediblər.

 

Diaspor üzvlərinə ölkə rəhbərliyinin tapşırığı ilə Şuşada və Qarabağın digər ərazilərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

 

Eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar Azərbaycan bayrağını Cıdır düzündə dalğalandırıblar.

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv