Modern.az

Gündəlik yoluxma 4 MİNİ ÖTDÜ - Bir gündə 20 ÖLÜM

Gündəlik yoluxma 4 MİNİ ÖTDÜ - Bir gündə 20 ÖLÜM

18 Avqust 2021, 16:33

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 377 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər vəfat edib, aktiv xəstə sayı 30 954 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, ötən müddət ərzində isə ümumilikdə 4 252 882 test aparılıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir