Modern.az

Altı ayda 30 mindən çox yeni iş yeri açılıb - STATİSTİKA  

Altı ayda 30 mindən çox yeni iş yeri açılıb - STATİSTİKA  

İqtisadiyyat

18 Avqust 2021, 18:33

2021-ci ilin altı ayı ərzində ölkədə 30,9 min yeni iş yerləri açılıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, bu dövrdə yaradılmış iş yerlərinin 89,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,6 faizi digər regionların, o cümlədən 4,6 faizi Gəncə-Daşkəsən, 4 faizi Abşeron-Xızı, 3,2 faizi Lənkəran-Astara, 2,8 faizi Quba-Xaçmaz, 2,1 faizi Şəki-Zaqatala, 1,9 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şirvan-Salyan, 0,9 faizi Qarabağ, 0,7 faizi Dağlıq Şirvan, 0,7 faizi Mil-Muğan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

 

Yeni açılmış iş yerlərinin 11,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,2 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,8 faizi tikinti, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi emal sənayesi, 7,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 6,5 faizi peşə, elmi və texniki fəaliyyət, 4,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,8 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 2,6 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 8,3 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?