Modern.az

DSX-də yeni TƏYİNAT: General yüksək vəzifəyə gətirildi

DSX-də yeni TƏYİNAT: General yüksək vəzifəyə gətirildi

Ölkə

18 Avqust 2021, 18:57

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki generalı ehtiyata buraxılıb. Bu gün DSX rəisinin sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaş­ıblar.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, ehtiyata buraxılan rəis müavini, DSX-in Maddi-Texniki Təminat Baş idarəsinin rəisi, general-leytenant İsmayıl Əkbərovun yerinə artıq təyinat olub.

 

Belə ki, bu posta onun müavini vəzifəsində çalışmış, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi alan Cavid Abdullayev gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır