Modern.az

“Müqəddəs Valentin günah bayramıdır”

“Müqəddəs Valentin günah bayramıdır”

Təhsil

13 Fevral 2010, 18:59

Səudiyyə Ərəbistanında  14 fevral Valentin günü qadağan  olunub. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı polisi  Valentin günü  ərəfəsində mağazalarda reydlərə başlayıb. Polis mağazaların vitrinlərində Valentin gününün simvolu olan qırmızı rəngli əşyaların olub-olmadığını yoxlayır.
Fevralın 14-da ölkədə ürək formalı şokoladların və qırmızı qızılgüllərin satışı qadağan olunur. Ölkənin dini  polisi Valentin gününün qeyd olunmasını qadağan edib, çünki həmin gün xristian əzabkeşi və günahlar xatırlanır. “Hansısa Müqəddəs Valentin yoxdur, bu, günah bayramıdır”. Artıq dünəndən başlayaraq xüsusi patrullar mağaza və gül dükanlarından bütün qırmızı rəngli əşyaların yığışdırlmasına başlayıb.  Həmin gün restoran və kafelərdə ofisiantların  qırmızı fartuk  taxmasına  da icazə verilmir. Rəngbərəng şamlar və fişənglər, idarələrdə müsiqilər də qadağan olunur.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir