Modern.az

Yanukoviç: “Timoşenko üzr istəsin..”

Yanukoviç: “Timoşenko üzr istəsin..”

13 Fevral 2010, 19:06

Ukrayna prezident seçkilərinin qalibi Viktor Yanukoviç Yuliya Timoşenko ilə yalnız bir şərtlə görüşə biləcəyini bildirib. Modern.az xəbər verir ki, Rusiyanın “İnterfaks” agentliyinə seçki prosesini şərh edən Yanukoviç baş nazir Timoşenkonun seçki dövründə ona qarşı iftiralarla çıxış etdiyini, ictimaiyyət qarşısında söylədiklərinə görə üzr istədiyi təqdirdə onunla danışa biləcəyini söyləyib.
“Heç kimsə milyonlarla dəstəkləyəni olan bir siyasətçi ilə müzakirələr aparmağı rədd etməz. Ancaq özünün  əxlaqa uymayan iftiralarına görə ictimaiyyət qarşısında üzr istəməsi gərəkdir”,-deyə Yanukoviç bildirib. Yanukoviç Timoşenkonun baş nazir postundan istefa verməsi və müxalifətə keçməsi vasibliyini bildirib.
Ölkədə rüşvətin baş aldığını və iqtisadi  sahədə böyük problemlərin olduğunu deyən Yanukoviç Ukraynanın düzəninin yenidən qurulması vacibliyini deyib.  O, deyib ki, əsas vəzifə  rüşvətlə mübarizə  və xalqın  haqları qorumaq olacaq.
Yanukoviç Moskvanı sevindirən  2 mesaj verib. Onlardan birincisi odur ki, Yanukoviç rəsmi Kiyevin siyasi gündəmində Ukraynanın NATO üzvlüyü məsələsinin olmadığını deyib. Onun sözlərinə görə, bir sıra NATO ölkələri də Ukraynanın alyansa üzv məsələsinə sıcaq yanaşmır. O, bu məsələnin gündəmə gəldiyində referenduma çıxarılacağını bildirib. Yanukoviçin Moskvanı razı salan ikinci bəyanatı Krımda Rusiya hərbi bazasının fəaliyyətinin davam etdirməsi ilə bağlıdır. O, deyib ki,  bu məsələdə Kiyev Moskva  əleyhinə hər hansı qərar qəbul etməyəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir