Modern.az

513,4 milyon manatlıq metal məmulatları istehsal edilib

513,4 milyon manatlıq metal məmulatları istehsal edilib

İqtisadiyyat

19 Avqust 2021, 21:54

2021-ci ilin yanvar-iyul aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 513,4 milyon manatlıq məhsul istehsal olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Sözügedən müddət ərzində metallurgiya sənayesi məhsullarının istehsalında 14,5 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 10 faiz artım müşahidə olunub.

 

Yanvar-iyul aylarında sahə üzrə 12 min 465,5 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır