Modern.az

Qarabağda erməni hərbçilərin boşaltdığı kəndi rus sülhməramlıları TUTDU

Qarabağda erməni hərbçilərin boşaltdığı kəndi rus sülhməramlıları TUTDU

20 Avqust 2021, 09:34

Qarabağdakı erməni separatçılarına məxsus hərbçilərin bir neçə gün əvvəl Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndini tərk etdiyi haqda məlumat vermişdik.


Modern.az
 saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, dünəndən erməni hərbçilərin yerini rusiyalı sülhməramlılar tutub.


Bu barədə Qarabağdakı separatçılar məlumat veriblər. Bildirilib ki, rusiyalı sülhməramlıların gəlişi ilə Sarıbabada yaşayan erməni sakinlərin təhlükəsizliyi üst səviyyədə təmin olunub.


Erməni separatçılarının verdiyi digər məlumata görə, hazırda Şuşa rayonunun dörd kəndi ermənilərin nəzarətindədir. Bunların Böyük Qaladərəsi (ermənilər Mets Şen deyirlər), Kiçik Qaladərəsi (ermənilər Xin Şen deyirlər), Sarıbaba (ermənilər Yextsaoq deyirlər) və Turşsu (ermənilər Lisaqor deyirlər) olduğu bildirilir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır