Modern.az

Hər zaman yeri görünən böyük sənətkar

Hər zaman yeri görünən böyük sənətkar

20 Avqust 2021, 09:51

Məşhur azərbaycanlı drijor və bəstəkar Niyazinin anadan olmasından 109 il ötür.

 

Modern.az xəbər verir ki, o, 1912-ci il avqustun 20-də Zülfüqar Hacıbəyovun ailəsində dünyaya göz açıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim Bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf Bəy Vəzirov və Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb. Niyazi ilk musiqi təhsilinə skripka sinfində oxumaqla başlayıb. 1929-1930-cu illərdə isə Leninqrad Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinfində təhsil alır. Niyazi Zülfüqar Hacıbəylinin "Aşıq Qərib", Üzeyir Hacıbəyovun "Arşın mal alan" və digər əsərlərinin yeni redaksiyalarını hazırlayıb, "Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" kimi Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləyib, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb.

 

Bir çox dram tamaşası və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Niyazi Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa o, SSRİ Dövlət mükafatına və "Çitra" baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb. 1967-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı olub. 1982-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Fəaliyyəti dövründə 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın Kirill və Mefodi ordeni, Macarıstanın B. Bartok adına medalı ilə təltif edilib, 1982-ci ildə Tiflisin fəxri vətəndaşı seçilib. 1984-cü ildə Bakıda vəfat edib..

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi