Modern.az

“Nar” səsli kitabxanaya dəstəyi davam etdirir

“Nar” səsli kitabxanaya dəstəyi davam etdirir

20 Avqust 2021, 16:05

Ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Nar” “Canlı kitab” sosial layihəsini davam etdirir.

 

Şirkətdən Modern.az-a verilən məlumata görə, bu günə qədər layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 35 müəllifin 276 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib. “Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün  daha əlçatan etməkdir.

 

Davamlı yenilənən “Canlı kitab” kanalında müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri asanlıqla dinləmək mümkündür. Bundan başqa, həftə sonları saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında “Canlı kitabı” birbaşa efirdə dinləmək mümkündür. Yayım eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində aparılır.

 

“Canlı kitab” kanalını buradan izləyə bilərsiniz:

//www.youtube.com/c/CanliKitab

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi