Modern.az

Pensiyaçılar əhalinin 12,1 faizini təşkil edir  

Pensiyaçılar əhalinin 12,1 faizini təşkil edir  

20 Avqust 2021, 17:16

Bu il iyulun 1-dək Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214 min 100 nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

 

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əməkhaqqının 45,4 faizinə bərabər olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir