Modern.az

NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi

NATO-nun Baş katibi Azərbaycana təşəkkür etdi

Ölkə

20 Avqust 2021, 20:46

NATO ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra Alyansın Baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, Stoltenberq Türkiyənin Kabil hava limanında təhlükəsizliyin təmin edilməsində əsas rol oynadığını bildirib.

 

O qeyd edib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırsa da, hava limanında təhlükəsizliyə dəstək verir.

 

Stoltenberq Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsində rol oynadıqlarına görə Türkiyə, ABŞ, Britaniya və Azərbaycana təşəkkürünü bildirib.

 

“Xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsində həyati rol oynadıqlarına görə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə tərəfdaşımız Azərbaycana da minnətdarıq”, - deyə Baş katib qeyd edib.

 

Ülfan İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!