Modern.az

Pambıq ixracı iki dəfə artıb

Pambıq ixracı iki dəfə artıb

20 Avqust 2021, 22:42

Azərbaycan 2021-ci ilin yanvar-iyul aylarında 166,22 milyon dollarlıq pambıq ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

 

Modern.az xəbər verir ki, pambığın Azərbaycan ixracatında payı bir il ərzində 0,93 faizdən 1,46 faizə yüksəlib.

 

Bununla yanaşı, hesabat dövründə Azərbaycan 2,88 milyon dollarlıq pambıq idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz və ya 574,5 min dollar azdır. Bununla da pambığın ümumi Azərbaycan idxalındakı payı il ərzində 0,06 faizdən 0,05 faizə enib.

 

Ümumiyyətlə, Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,69 milyard dolları keçib. Dövriyyənin 11,39 milyard dolları (64,4 faiz) ixracın, 6,3 milyard dolları (35,6 faiz) isə idxalın payına düşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir