Modern.az

Şirvan sakini qaçırdığı maşını yandırdı

Şirvan sakini qaçırdığı maşını yandırdı

Hadisə

21 Avqust 2021, 13:51

Ötən gün Şirvan Rayon Polis Şöbəsinə şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Hacıqəhramanlı qəsəbəsi ərazisində yanmış halda tapılıb.

 

Davam etdirilən əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini S.Qasımzadə müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır