Modern.az

“Taliban” Andaraba nəzarəti bərpa etdi

“Taliban” Andaraba nəzarəti bərpa etdi

22 Avqust 2021, 09:49

Radikal “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın şimalında Bağlan əyalətinin Andarab bölgəsinə nəzarəti geri qaytarıblar.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a müqavimət qüvvələrindəki mənbə bildirib.

 

Qeyd olunub ki, təxminən 3 min “Taliban” döyüşçüsü ağır silahlı avtomobillərlə 47 min əhalisi olan bölgəni döyüşsüz ələ keçirib. Üsyançı qüvvələr ərazini tərk edib. Andarabdakı müqavimətə rəhbərlik edən mənbənin dediyinə görə, komandir öz tərəfdarlarını səfərbər olmağa və bazar günü bütün regiona nəzarətin bərpası üçün mümkün olan hər şeyi etməyə çağırıb.

 

Qeyd edək ki, Əfqanıstanın üsyançı qüvvələri avqustun 20-də ölkənin şimalında Bağlan əyalətinin üç rayonunu taliblərdən geri almışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir