Modern.az

"Neftçi" klubunda bədbəxt hadisə: 2 ölü, 2 yaralı var

"Neftçi" klubunda bədbəxt hadisə: 2 ölü, 2 yaralı var

14 Fevral 2010, 11:27

Fevralın 13-dən 14-ə keçən gecə Bakının “Neftçi” futbol klubunun içərisində texniki heyətdən 4 nəfərin olduğu avtomobili qəzaya uğrayıb. Klubun heyəti ölkə çempionatının “Karvan”la Yevlaxda keçirilən oyundan qayıdırmış.  Modern.az xəbər verir ki, "Neftçi" klubunu mətbuat xidmətinin yaydığı məlumata gğrə, "Hyundai-Sonata" markalı avtomobil Şamaxı rayonu ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Ölən və yaralananlar texniki işçilərdəndir. Qəza zamanı həlak olanlar "Neftçi"nin Mətbuat Və İnformasiya Departamentinin əməkdaşı jurnalist Alim Malikoğlu (Məmmədov) və Kadrlar Şöbəsinin işçisi Vahid Həmidovdur. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən yaralılar isə komandanın icraçı-direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalovdur.
Avtomobili Mübariz Xudiyev idarə edirmiş. Klubun prezidenti Sadıq Sadıqov vəfat edənlərin ailəsinə hər cür maddi və mənəvi dəstək verəcəyini bildirib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir