Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, rayonun Babalı kəndi ərazisində hərəkətdə olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü - həmin kəndin sakini olan Əzizov Xəqani Mehdi oğlu hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər - İntiqam və Bəhruz Maqsudovlar xəsarət alıblar və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)