Modern.az

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddəki vəziyyətdən DANIŞDI

Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddəki vəziyyətdən DANIŞDI

23 Avqust 2021, 10:22

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Azərbaycanla sərhəddəki vəziyyətə toxunaraq, durumun sabit olduğunu, məsələnin diplomatik səviyyədə həlli istiqamətində işlər aparıldığını deyib.

Modern.az-ın məlumatına görə, Artak Davtyan bildirib: 

"Vəziyyət ümumiyyətlə sabitdir, əhəmiyyətli dəyişikliklər yoxdur. Azərbaycan hərbçilərinin geri çəkilməsinə gəlincə, bunun üçün diplomatik səviyyədə danışıqlar aprılır. Ümid edirik ki, məsələ həll olunaca”.

Ermənistanla Azərbaycan arasındakı sərhəddə ərazi mübahisələri var. Ermənistan hələ ki sərhədlərin demarkasiyası və delimitasiyasının aparılması ilə razılaşmır.

Azərbaycan hərbçiləri hazırda Şərqi Zəngəzurdakı Qaragöl bölgəsində - tarixi torpaqlarımızdadırlar. Bənzər vəziyyət Göyçə bölgəsində də hökm sürür. Digər gərginlik ocağı Vedi rayonunun Arazdəyən kəndi yaxınlığındadır.

Vətən müharibəsindən sonra bu ərazilərdə vaxtaşırı mübahisələr, atışmalar  baş verir, nəticədə ölüm və yaralanmalar olur.


A.Qorxmaz

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır